“Qarabağ” Lissabondan məğlub qayıdır – VİDEO
“Sportinq” - “Qarabağ” matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə 0:2 hesabı ilə məğlub olub.
Qrupda digər görüşdə isə “Arsenal” “Vorskla”ya 4:2 hesabı ilə qalib gəlib.
00.48
“Sportinq” - “Qarabağ” matçında hesab dəyişib.
Oxu.Az xəbər verir ki, oyunun 88-ci dəqiqəsində Covani Kabral meydan sahiblərinin ikinci qolunu vurub.
00.16
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın "Qarabağ" komandası səfərdə Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, azarkeşlər qol görə bilməyiblər.
Oyunun 54-cü dəqiqəsində isə meydan sahibləri hesabı açıblar. Naninin “Qarabağ”ın cərimə meydançasında ötürməsini Rafinya qola çevirə bilib.
Qrupun digər görüşündə isə “Arsenal” “Vorskla”ya 4:1 hesabı ilə qalib gəlir. Qolların ikisi Mxitaryanın ötürməsindən sonra vurulub. Qollardan birini Mesut Özil vurub.
Mənbə:> Oxu.Az