Avropa çempionatının ilk günündə dörd medal qazandıq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Foto

Avropa çempionatının ilk günündə dörd medal qazandıq – FOTO

Avropa çempionatının ilk günündə dörd medal qazandıq


Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə gənclərin Avropa birinciliyi keçirilir.

Oxu.Az xəbər verir ki, mötəbər yarışın ilk günündə cüdoçularımız dörd medal qazanıblar.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan cüdoçusu Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olub.

55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev birinciliyin gümüş medalına yiyələnib. Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

Avropa çempionatının ilk günündə dörd medal qazandıq
Avropa çempionatının ilk günündə dörd medal qazandıq

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *