Cüdoçularımız Avropa Kubokunda iki medal qazandı
İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna start verilib.
Oxu.Az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan milli komandası aktivinə 2 medal yazdırıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elbrus Zamanov bürünc medal qazanıb.
73 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə isə Azərbaycan dueli reallaşıb.
Bu çəkidə çıxış edən millimizin cüdoçuları – Telman Vəliyev və Hudayət Heydərov qarşı-qarşıya gəlib. Azərbyacan duelinin qalibi Vəliyev olub. Heydərov isə turnirə 5-ci yerdə başa vurub.
Digər təmsilçimiz Oruc Vəlizadə də Avropa Kubokunda 5-ci olub.
Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunur.
Mənbə:> Oxu.Az