Qurban Qurbanov: Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Qurban Qurbanov: Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm

Qurban Qurbanov: Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm


UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Ta Kali Milli Stadionunda keçirilmiş Malta – Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.

Oxu.Az xəbər verir ki, hər iki milli komandanın baş məşqçisi oyunla bağlı danışıb.

Millimizin baş məşqçisi Qurban Qurbanov digər dörd oyunda qələbə qazanacağımız halda, qrupun qalibi olacağımızı bildirib:

“Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində, iki xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm.

Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan dörd oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub, hazırlaşmalıyıq”.

Malta millisinin çalışdırıcısı Rey Farucia isə nəticədən məmnunluğunu gizlətməyib:

“Azərbaycan millisi çox yaxşı komandadır. Əldə edilən heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm. İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan, bugünkü oyun komandam üçün olduqca önəmli idi”.

Qeyd edək ki, qrupa dünən Farer adaları üzərində 2:0 qalib gəlmiş Kosovo başçılıq edir. Kosovonun dörd xalı var. Farer adaları üç xalla II, Azərbaycan iki xalla III və Malta bir xalla sonuncu sıradadır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *