Rusiya çempionatında kuryoz qol » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Rusiya çempionatında kuryoz qol – VİDEO

Rusiya çempionatında kuryoz qol


Şənbə günü, Rusiya çempionatının beşinci turu çərçivəsində Moskva derbisində “Spartak” və “Dinamo” komandaları qarşılaşıb.

Oxu.Az-ın xəbərinə görə, oyun “Spartak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeddinci dəqiqədə Kvinsi Promes meydan sahiblərini hesabda irəli çıxarıb. 14-cü dəqiqədə isə Lorenso Malqareho ikinci topu qonaqların qapısından keçirib.

Matçın 82-ci dəqiqəsində “Dinamo”nun müdafiəçi Vladimir Rıkov meydanın özlərinə aid hissəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaldıb. Lakin qonaqların bundan artığına gücü çatmayıb.

Beş turdan sonra hesabında 13 xal olan “Spartak” turnir cədvəlinə başçılıq edir. “Dinamo” isə 6 xalla altıncıdır.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *