"Fənərbaxça"da böhran!
"Çempion olmasaz hamınız qovulacaqsız!"
ANS PRESS-in məlumatına görə, "sarı bülbüllər"in rəhbərliyi qadın basketbolçulardan ibarət komandanın məşqçilərinə və üzvlərinə sərt ultimatium göndərib.
Türkiyə mətbuatının məlumatına görə bu mövsüm aldığı 5 məğlubiyyətlə "Fənərbaxça" liderlərdən xeyli aralı düşüb. Xüsusən də, üst-üstə gələn "Beşiktaş" və "Qalatasaray" məğlubiyyətləri rəhbərliklə yanaşı azarkeşlərin səbr kasasını daşırıb.
Bu xəbərdarlığın səslənməsindən sonra rəhbərlik komanda üzvləriylə görüş keçirib və onlardan toparlanmağı tələb edib.
Təsadüfi deyil ki, həmin görüşdən sonra "Fənərbaxça"nın basketbolçu qızları meydana çıxdıqları hər iki oyundan böyük hesablı qələbəylə ayrılıblar.
Mənbə:> ANSPRESS