Roman Qriqorçuk "Astana"dan ayrıldı
"Astana"nın baş məşqçisi Roman Qriqorçuk müvəqqəti olaraq postunu tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, şəxsi məsələlər səbəbindən müvəqqəti olaraq komandadan ayrılmalı olub.
Klub rəhbərliyinə müraciət edən mütəxəssis müvəqqəti olaraq köməkçisi Qriqoriy Babayanın onu əvəzetməsi xahiş edib.
Qeyd edək ki, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk bu yay "Astana"ya keçib.
Mənbə:> Fanat.Az