"Liverpool" Salahı "satdı"
Futbolçu Məhəmməd Salahın maşın sürərkən, göründüyü kimi, telefondan istifadəsini əks etdirən video onun doğma Liverpool klubu tərəfindən hüquq-mühafizə orqanlarına təqdim olunub.
Britaniyanın Merseyside Polis İdarəsi "videonun əlaqədar şöbəyə" çatdırıldığını qeyd edib.
Premyer Liqada çıxış edən komandanın nümayəndəsi videonun futbolçu ilə müzakirədən sonra polisə təqdim olunduğunu bildirib.
O, hadisə ilə bağlı növbəti addımların "daxili qaydada" həll olunacağını əlavə edir.
Liverpool-da çıxış edən Salah ötən mövsümdə 44 qola imza atıb.
Britaniyada avtomobil idarə edərkən telefondan əllə tutaraq stifadə qadağandır. Qanun pozuntusuna görə cəza sürücü vəsiqəsinə balların yazılması və pul cəriməsini nəzərdə tutur.
Məsələ məhkəməyə təqdim olunarsa, cərimə arta, sürücü isə öz vəsiqəsindən məhrum oluna bilər.
Videodan belə görünür ki, işıqforda dayanmış maşının sükanı arxasındakı oyunçu telefondan istifadə edir. Bu anda Salahın avtomobili, uşaqlar da daxil, futbolçunun pərəstişkarları ilə əhatə olunub.
İngilislər öz milli komandalarına necə azarkeşlik edirlər? Pubda futbol həyəcanı
Liverpool-un sözçüsü deyib ki, "klub oyunçu ilə müzakirədən sonra, video və onun hansı şəraitdə çəkilməsi ilə bağlı məlumatları Merseyside Polis İdarəsinə verib".
"Nə klub, nə də ki, oyunçu məsələyə dair əlavə şərh verməyəcək", Liverpool-un nümayəndəsi qeyd edib.
Mənbə:> Milli.Az