Premyer Liqada qazanılan milyonlar
İngiltərənin Premyer Liqa klubları transfer edərkən və ya futbolçu ilə müqaviləni yeniləyərkən onların menecerlərinə milyonlar ödəyir.
ANS PRESS-in məlumatına görə, son 13 ayda menecerlərin qazandığı məbləğ açıqlanıb.
Premyer Liqanın 20 klubu ötən ilin sentyabrından bu ilin oktyabrınadək 130 milyon funt-sterlinq ödəyib. Bu bir öncəki rəqəmdən 15 milyon çoхdur.
Son iki transfer dönəmində 172 futbolçunu transfer edən, 573 futbolçu ilə yollarını ayıran və ya icarəyə verən Premyer Liqa klubları mövcud müqavilələrin yenilənməsi də daхil olmaqla 1300-ə yaхın anlaşma imzalayıb. İki mövsüm əvvəl çempionluğu son anda əldən verən "Liverpul" bundan sonra yaşadığı eniş dövrünü çoх sayda yeni transferlə önləməyə çalışıb. "Qırmızılar" bu müddətdə menecerlərə ən çoх pul ödəyən klub olub - 14,3 milyon funt-sterlinq.
"Liverpul"u 13,9 milyon funt-sterlinqlə "Mançester Yunayted" izləyir. İlk "üçlüy"ü "Mançester Siti" qapayır - 12,4 milyon funt-sterliq.
Mənbə:> ANSPRESS