İngiltərənin ən zəngin idmançıları – SİYAHI
Britaniyanın nüfuzlu “Sandi Tayms” (Sunday Times) dərgisi ölkənin ən zəngin idmançılarının siyahısını tərtib edib.
AzNews.info Axar.az-a istinadən xəbər verir ki, siyahıya Formula 1 komandalarından “Mersedes”in ingilis pilotu Levis Hamilton 88 milyon funt-sterlinq ilə liderlik edir. İngilis pilotun vergidən azad olmaq üçün Monakoya köçməsi bir il ərzində 20 milyon sterlinq gəlir əldə etməsi ilə nəticələnib.
Siyahının ikinci sırasında 72 milyon sterlinqlik sərvətiylə "Mançester Yunayted" klubunun forvardı Ueyn Runi qərarlaşıb. Formula 1-in “McLaren” pilotu Jenson Button isə 71 milyon sterlinqlə zənginlər siyahısında 3-cü yerdə qərarlaşıb.
Siyahıda yer alan digər idmançıların siyahısı:
1. Levis Hamilton - 88 milyon sterlinq
2. Ueyn Runi - 72 milyon sterlinq
3. Jenson Button - 71 milyon sterlinq
4. Andy Murray - 48 milyon sterlinq
5. Rio Ferdinand - 44 milyon sterlinq
6. Stivn Gerrard - 42 milyon sterlinq
7. Luol Deng - 40 milyon sterlinq
8. Joze Mourinyo - 40 milyon sterlinq
9. Frank Lampard - 39 milyon sterlinq
10. Sir Nick Faldo - 38 milyon sterlinq
11. Ryan Giqqs - 38 milyon sterlinq
12. Rory McIlroy - 38 milyon sterlinq
13. Arsene Venger - 38 milyon sterlinq
Mənbə:> Axar.az