Bir güləşçimiz erməniyə qalib gəldi, digəri uduzdu – YENİLƏNİB
İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında daha bir idmançımız finalda büdrəyib.
Oxu.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində dağıstanlı legionerimiz Əshab Həmzətov finalda Rusiyanı təmsil edən Krım tatarı Əzəmət Zakuyevə finalda 0:10 hesabı ilə uduzub.
Bununla da idmançımız gümüş medalla kifayətlənib.
20:52
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, ötən gün 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz İsmayıl Abdullayev Gürcüstan və Yunanıstan idmançılarını üstələsə də, yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü məğlub başa vurub.
Bu gün isə güləşçimiz bürünc medal uğrunda erməni idmançı Hrayr Alixanyanla qarşılaşıb və 10:5 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.
Qeyd edək ki, bu gün 61 kq-da mübarizə aparan güləşçimiz İntiqam Vəlizadə qızıl medal uğrunda erməni idmançı Vazgen Tevanyana 2:5 hesabı ilə məğlub olub. 92 kq çəkidə güləşçimiz Asxab Həmzətov isə qızıl medal uğrunda rusiyalı güləşçi Əzəmət Zakuyevlə qarşılaşacaq.
Həmçinin 125 kq-da Rahid Həmidli Polşa idmançısı Yakub Brılevski ilə bürünc medal görüşünə çıxacaq.
Mənbə:> Oxu.Az