DÇ-2018: Final matçın bilet qiymətləri məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

DÇ-2018: Final matçın bilet qiymətləri məlum oldu

DÇ-2018: Final matçın bilet qiymətləri məlum oldu


İyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək Dünya Çempionatının final matçı üçün biletlərin qiyməti bəlli olub.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolsevərlərin həyəcanla gözlədiyi finalda iki ölkənin milli komandaları Rusiyanın paytaxtı Moskvadakı 78 min nəfərlik “Luzhniki” stadionunda qarşılaşacaq.

“DÇ-2018”in finalı üçün bilet qiymətləri 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatına nisbətən 11 faiz artıb.

Qrup matçlarını 105 dollara izləyən futbolsevərlər final üçün ən ucuz qiymət kimi 455 dollar ödəmək məcburiyyətindədirlər.

Nəhəng final üçün birinci kateqoriyaya bilet qiyməti isə 1100 dollar olaraq müəyyənləşib. Bu rəqəmlə “DÇ-2018”nin bilet qiyməti min dolları ötən çempionat kimi tarixə düşüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *