Üçqat Azərbaycan çempionu dörd illik aradan sonra ölkəmizdə
Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək "Keşlə”nin bu turnir üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, Yuri Maksimovun baş məşqçisi olduğu Bakı klubu Maltanın "Baltsan” klubu ilə oyunlar üçün 22 futbolçu sifariş edib.
Paytaxt təmsilçisinin heyətində iki yeni sima da var.
Bunlardan biri "Neftçi”nin sabiq hücumçusu Bahadur Nəsimovdur. Son illər vətənində Özbəkistan "Buxara”sının formasını geyinən 31 yaşlı forvard yenidən Azərbaycan klubuna keçib. 2010-14-cü illərdə "Neftçi” ilə üçqat Azərbaycan çempionluğu və iki dəfə ölkə kubokunu qazanmış 31 yaşlı Nəsimov 2011/12 mövsümünün 16 qolla bombardiri olub.
Digər yeni isə Miloş Bosançiçdir. Serb hücumameyilli yarımmüdafiəçi Çexiyanın "Slovan” klubundan gəlib. Hər iki futbolçu ilə birillik müqavilə bağlanılıb.
Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev;
Müdafiəçilər: 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı;
Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Bosançiç, 10. Sezar Mesa Kolyi, 21. Erve Tşami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna;
Hücumçular: 9. Amil Yunanov, 11. Bahadur Nəsimov, 14. Andre Klenon, 39. Əlibəy Məmmədi.
Qeyd edək ki, paraqvaylı Sezar Mesa Kolyi və Əlibəy Məmmədli ilə başa çatan müqavilələri daha bir il müddətinə yenilənib.
Mənbə:> Oxu.Az