“Neftçi” “Real Betis”in sabiq futbolçusu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” klubu transfer işlərini davam etdirir.
“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.
Komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.
Sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” B klublarında çıxış edib.
Mənbə:> Report