"Barselona" müdafiəçi ilə danışıqlar aparır
"Barselona”dan ayrılacağı gözlənilən Dani Alveş komandası ilə yeni müqavilə imzalayacaq.
ANS PRESS-in məlumatına görə, klub rəhbərliyi yayda müqaviləsi başa çatacaq təcrübəli müdafiəçi ilə danışıqlara start verib.
Avropanın bir sıra klublarının maraq dairəsində olan brazilyalını kataloniyalılar əldən buraxmaq fikrində deyillər. Baş məşqçi Luis Enrike də 32 yaşlı futbolçunun "Barsa”da qalmasını istəyir.
Qeyd edək ki, Alveş "Barselona”ya 2008-ci ildə "Sevilya”dan transfer olunub. O, hazırkı komandasının heyətində ümumilikdə 327 oyuna çıxıb və 20 qola imza atıb.
Mənbə:> ANSPRESS