"Şadam ki, Ronaldu portuqaliyalıdır" - Santuş » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Şadam ki, Ronaldu portuqaliyalıdır" - Santuş

"Şadam ki, Ronaldu portuqaliyalıdır" - Santuş


Oyunun keyfiyyəti yüksək idi. İlk 15 dəqiqədə yaxşı çıxış etdik. Ancaq rəqib oyunun axarını dəyişə bildi, çox təhlükəli vəziyyətlər yaratdı. Nəticədən razı qaldım.

AzNews.info qol.az-a istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş İspaniya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 3:3 hesablı bərabərliyi belə şərh edib:

"Təbii ki, nəticədən tam razı ola bilmərəm. Mən bir məşqçi kimi çox şeyi düzəltməliyəm. Biz texnikalı komanda olsaq da, topa nadir hallarda nəzarət etdik".

F.Santuş oyunda het-trik edək komandanın kapitanı Kriştianu Ronaldu haqda da fikir bildirib:

"Ronaldonun texnikası və fiziki gücü həmişə yerindədir. Ancaq Ronaldunun turnirə köklənməyi onu dünyanın ən yaxşısı edir. O, komandanın ən çətin məqamlarda toparlayır. Şadam ki, Ronaldu portuqaliyalıdır. Sənin komandadan dünyanın ən yaxşı futbolçusunun oynamağı əladır".

Mənbə: Qol.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *