DÇ-2018-in oyunları hansı kanalda yayımlanacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

DÇ-2018-in oyunları hansı kanalda yayımlanacaq?

DÇ-2018-in oyunları hansı kanalda yayımlanacaq?


Futbol üzrə 2018-ci il Dünya Çempionatının Azərbaycanda əsas yayımcısı İctimai Televiziya olacaq. Əldə olunan razılığa görə, iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 stadionundan yayımlanacaq matçlar ən geniş həcmdə məhz İTV-də retranslayasiya olunacaq.

Oxu.Az-ın məlumatına görə, hər nümayiş olunacaq matçdan öncə isə tamaşaçılara #BOLFUTBOL verilişi göstəriləcək.

Kənan Hakimov, Sevinc Eminzadə və Elnur Əliyevin aparacağı bu verilişdə tamaşaçılar çempionatın bütün təfərrüatlarını öyrənəcək, yarışın statistikası ilə tanış olacaq, yerli və xarici ekspertlərin rəyini görəcək, o cümlədən, Azərbaycanda, çempionatın keçirildiyi Rusiyada, həmçinin Avropanın iri paytaxt şəhərlərində azarkeşlərin həyəcanını paylaşacaqlar.

Çempionatın bütün matçları 37 kamera ilə Ultra HD keyfiyyətində çəkiləcək və həcmli səs effektləri ilə göstəriləcək. İzləyicilər yayım sənayəsinin ən son yenilikləri sayəsində çempionatı fərqli forma və üslubda izləyə biləcəklər.

Azərbaycan tamaşaçıları çempionatın təntənəli açılış mərasiminə iyunun 14-ü saat 18:30-da, ilk matça, Rusiya və Səudiyyə Ərəbistanı komandalarının qarşılaşmasına isə saat 19.00-da baxa bilərlər.

Oyunları tamaşaçılara ölkənin ən məşhur şərhçiləri - İTV və CBC Sport kanallarının əməkdaşları təqdim edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *