İsveçrə futbol klubu avrokuboklardan kənarlaşdırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

İsveçrə futbol klubu avrokuboklardan kənarlaşdırıldı

İsveçrə futbol klubu avrokuboklardan kənarlaşdırıldı

İsveçrənin "Syon" klubu 2018-2019 və 2019-2020 mövsümlərində avrokuboklarda iştirakdan məhrum edilib.

Bu barədə UEFA-nın Klublara Maliyyə Nəzarəti Komitəsi qərar çıxarıb. Səbəb kimi lisenziyalaşdırma və maliyyə feyr-pleyi qaydalarının pozulması göstərilib. "Syon"a 235 min dollar cərimə də kəsilib.

Qazaxıstan "İrtış"ı bir avrokubok mövsümündə şərti kənarlaşdırılma cəzası və 440 min avro cərimə ilə üzləşib. Pavlodar şəhərinin təmsilçisi 3 illik sınaq dövrü keçəcək.

Albaniyanın "Tirana" və Serbiyanın "Voyvodina" klubları 215 min avro cərimələniblər. Bu məbləğlər 2017-2018 mövsümündə Avropa Liqasında iştirak qarşılığında klubların gəlirlərindən çıxılacaq.

Qeyd edək ki, maliyyə feyr-pleyini pozması üzündən Bakının "İnter" (hazırkı "Keşlə") klubu 2016-2017 mövsümündə avrokuboklardan kənarlaşdırılmışdı. Kluba eyni zamanda iki transfer dövründə yeni oyunçu alması qadağan edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *