UEFA Azərbaycanın dörd klubunun hesabına maliyyə vəsaiti köçürdü
2016/17 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar Fair Play qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar.
Virtualaz.org AFFA-nın saytına istinadən bildirir ki, cərimələrdən toplanmış vəsait UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş digər klublar arasında bölünüb.
Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80% , təsnifat mərhələsində çıxış edən klublar üçün 20% nəzərdə tutulub.
UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb:
Qarabağ - 78300.00 avro
Qəbələ - 78300.00 avro
Neftçi - 8540.00 avro
Kəpəz – 8540.00 avro
Mənbə:> Virtualaz.org