Firdovsi Umudov: “Bayrağı bu cür yüksəldərlər” » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Firdovsi Umudov: “Bayrağı bu cür yüksəldərlər”

Firdovsi Umudov: “Bayrağı bu cür yüksəldərlər”

"Dünyanın ən nəhəngləri ilə döyüşüb ikinci yeri tutmaq özü böyük uğurdur. Amma biz özümüzü birinci yerin sahibi kimi hiss edirik. Zədəli idmançılara və müəyyən basqılara baxmayaraq, sonuna qədər mübarizə aparıb bayrağımızı dalğalandırmağı bacardıq. Nəticədə Azərbaycan aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında ikinci yeri qazandı".

Bunu Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov ABŞ-ın Ayova şəhərində keçirilən Dünya Kuboku yarışında mübarizə aparan Azərbaycanın sərbəst güləş üzrə milli komandasının çıxışını dəyərləndirərkən deyib.

"Bu, bütün Azərbaycanın uğurudur. Bu qələbə ölkə başçısı İlham Əliyevin idmana olan diqqət və qayğısının nəticəsidir. O daim xalqının, idmançıların yanındadır. Biz də öz növbəmizdə prezidentin bizə göstərdiyi etimadı doğrultmaq üçün mübarizə apardıq. Söz verdiyimiz kimi də qələbəmizi 2016-cı ilin aprel ayında vətən uğrunda şəhid və qazi olmuş qardaşlarımıza həsr etdik”, - o bildirib.

Firdovsi Umudov: “Bayrağı bu cür yüksəldərlər”


I vitse-prezident sosial şəbəkələrdə ölkəmizə, dövlətçiliyimizə qarşı əks təbliğat aparanlara, qara yaxmağa çalışanlara ABŞ-dan bir fikirlə səslənib: “Bayrağı bu cür yüksəldərlər”.

F.Umudov qeyd edib ki, sosial şəbəkələrdəki “qarayaxma kampaniyası”, təzyiq cəhdləri Azərbaycan xalqını öz yolundan döndərmək iqtidarında deyil: “Azərbaycan xalqı, eləcə də bütün idmançılar İlham Əliyevin ətrafında möhkəm dayanıb. Biz hər birimiz dövlətin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı dayanmışıq. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın inkişafını və gücünü öz qələbəmizlə sübuta yetirə bildik. Dünyanın nəhəng ölkələri arasında yer almaq özü böyük uğurdur. Təbii ki, bizi başqa yarışlar da gözləyir. Biz daim ölkə başçısının diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. İlham Əliyevin bizə olan etimadını doğrultmaq üçün növbəti qələbələrə hazırlaşırıq”.

Sonda federasiyanın I vitse-prezidenti 11 aprel prezident seçkiləri günü hər kəsi İlahm Əliyevə səs verməyə çağırıb: “Azərbaycanın uğurlarını gözü götürməyənlərə qarşı xalqımız bir olmalıdır. Buna görə də inanıram ki, bütün xalqımız, xüsusilə idmançılarımız aprelin 11-də seçki məntəqələrinə gəlib İlham Əliyevə səs verəcək və “İlhamla irəli!” deyəcək. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz hələ çox qələbələrə imza atacağıq”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *