Güləş Federasiyasının vitse-prezidentindən Rəsul Çunayev haqda AÇIQLAMA » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Güləş

Güləş Federasiyasının vitse-prezidentindən Rəsul Çunayev haqda AÇIQLAMA

Güləş Federasiyasının vitse-prezidentindən Rəsul Çunayev haqda AÇIQLAMA


Azərbaycanın idman xadimi, Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov son günlər güləşçimiz Rəsul Çunayevlə bağlı sosial şəbəkələrdə yazılan mənfi fikirlərə reaksiya verib.

O Azxeber.com-a açıqlamasında deyib ki, bu həssas məqamda hər birimiz Rəsula dəstək olmalıyıq:
"Son günlər sosial şəbəkələrdə, ictimaiyyətin qınağına çevrilərək, haqsız tənqidlərə tuş gələn, daim pozitiv, gülərüz və bir neçə saniyə ərzində erməni rəqibinin çiynini yerə vuran və saysız rəqiblərinə qalib gəldikdən sonra, bayrağımızı çiyninə ataraq, meydanda dövrə vurararaq, bizləri əsgər salamıyla salamlayan, öz rəqsi ilə milyonlarla tamaşaçı və azərkeşlərin rəğbətini qazanan, daim bayrağımızı zirvələrə qaldıran, gənc pəhləvanımız Rəsul balamıza dəstək olmalıyıq"

Cavanşir Qurbanov deyib ki, Rəsul bundan əvvəl dəfələrlə erməni idmançıları məğlub edib:

"Rəsul Çunayevin Rio-2016 Yay Olimpiya oyunlarında yarımfinal görüşündə, erməni güləşçisinə məğlub olması idman ictimayətinin bir nümayəndəsi kimi, bir azərbaycanlı kimi məni də çox məyus etdi. Lakin Rəsul Çunayev bir sıra mötəbər yarışlarda, o cümlədən tələbələrin Universiadasında, Avropa oyunlarında, 2015- ci il Dünya Çempionatında qalib olaraq, birincilik əldə etmişdir. Bu yarışlarda onun rəqiblərindən erməni güləşçisi də olub və o rəqibini asanlıqla məğlub edib.

İdman ustası onu da vurğulayıb ki, Rəsul gələcəkdə də beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandıracaq:

"İdman aləmində rəqibin milliyətindən asılı olmayaraq məğlubiyyət də var, qalibiyyət də. Rəsul Çunayev Vətənpərvər, öz ölkəsini sevən, bayrağını daim uca tutmağı qarşısına məqsəd qoyan idmançılardan biridir. O dünyanın ən mötəbər yarışından yenə öz ölkəsinə bürünc medalla qayıdır. Biz inanırıq ki, Rəsul Çunayev gələcəkdə daha da yüksək əyyarlı medallar əldə edəcək. Bunun onun fiziki qüvvəsi və iradəsi imkan verir. Gəlin ölkəmizi təmsil edən bütün idmançılara dəstək olaq, onları növbəti yarışlara, qələbələrə ruhlandıraq"

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *