Sona bir tur qalmış Şəhriyar Məmmədyarov büdrədi
Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri davam edir.
Oxu.Az-ın məlumatına görə, 12-ci turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov İngiltərə təmsilçisi Cons Qaveynlə heç-heçə oynayıb.
Bu nəticədən sonra hesabında 8 xal olan Şəhriyar Məmmədyarov turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
İlik iki yeri isə norveçli Maqnus Karlsen və holland Aniş Giri bölüşdürürlər (8,5 xal).
Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir. Sonuncu turun görüşləri yanvarın 28-də keçiriləcək.
Mənbə:> Oxu.Az