Ramil dünya çempionu oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Ramil dünya çempionu oldu

Ramil dünya çempionu oldu


Moskvada pauerliftinq üzrə dünya çempionatı keçirilib. Bu mötəbər yarışda "Zirvə" BİK-nun üzvü Ramil Əhmədov da iştirak edib.

AzNews.info goal.az-a istinadən xəbər verir ki, 36-dan çox ölkədən 1300-ə qədər idmançının qatıldığı yarışda Ramil uğurlu çıxışı ilə fərqlənib və mütləq çempion olub. Yüksək səviyyəli təşkilatçılıqdan söz açan Ramil Əhmədov yarışda digər yerli idmançılarımızın da çox yaxşı çıxış etdiklərini və nəticədə komanda hesabında II olduqlarını dilə gətirdi. Yarışın sonunda idmançılarımıza kubok da təqdim olunub. Çempionumuz AAAF TV-yə müsahibəsində "Zirvə" BİK-nun üzvü olduğu üçün fəxr hissi keçirdiyini vurğuladı, göstərilən diqqətə görə kluba təşəkkürünü bildirdi.

Ramili qarşıda ciddi yarışlar gözləyir, o gələn il Fransada baş tutacaq Avropa çempionatına, elə həmin il ABŞ-ın Orlando ştatında keçiriləcək Dünya çempionatına ciddi hazırlaşır. O hazırlıqlarını paytaxtın ən tanınmış mərkəzlərindən olan "Viter Fitness"də edir. Çempion burada onun üçün yaradılan şəraitə görə mərkəzin rəhbəri, pauerliftinq üzrə dəfələrlə Dünya və Avropa çempionu və rekordçusu, tanınmış sabiq idmançı Vüqar Namazova təşəkkür də etdi.

Qeyd edək ki, 2014-cü ildə idman ustası adını alan Ramil Əhmədov bir neçə Avropa çempionu titulunu qazanıb, ötən il ABŞ-da baş tutan dünya çempionatının mütləq çempionu olub.

Mənbə: Goal.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *