“Mauqli” məğlub olduğu hollandiyalıdan qisasını ala bilər
Avqusutun 23-də Çeçenistanın paytaxtı Qroznıda azərbaycanlı kikboksçu Zabit Səmədov hollandiyalı Errol Tsimerman ilə revanş döyüşü keçirəcək.
Oxu.Az-ın məlumatına görə, döyüş Çeçenistanın ilk prezindenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində baş tutacaq.
Qeyd edək ki, 2008-ci ildə Avropa Qran-prisinin finalında hakimlər qələbəni hollandiyalı döyüşçüyə verib. Lakin Z.Səmədovun komandası hakimlərin bu qərarı ilə razılaşmayıb.
Mənbə:> Oxu.Az