Səmədov Yemelyanenkoya qarşı: Burada kişilər belə boya-başa çatır – VİDEO
Azərbaycanlı idmançı Zabit Səmədov oktyabrın 4-də Qroznıda keçirilən MMA turnirində uşaq döyüşlərinin keçirilməsini qınayan Fedor Yemelyanenkonun şərhinə fikir bildirib.
AzNews.info Sportbox.az-a istinadən xəbər verir ki, Zabit Səmədov “Instagram” sosial şəbəkədə Qroznıda müxtəlif turnirlərin keçirilməsinin təşəbbüskarı olan Çeçenistan pezidenti Ramzan Kadırovun müdafiəsinə qalxıb. Həmin turnirdə rinqə məhz Ramzan Kadırovun uşaqları çıxmışdılar.
“Dostlar! Mənim üçün Rusiya MMA İttifaqının prezidenti Fedor Yemelyanenkonun “GRAND-PRIX AKHMAT 2016”-da uşaq döyüşlərinə dair qınağı anlaşılmazdır.
Heç kim üçün sirr deyil ki, döyüş sənətinin fəlsəfəsi həyat prinsiplərinin və iradənin formalaşmasına yönəlib. Uşaqlar üçün bu idman ruhunda tərbiyəyə yaxşı imkandır. Yemelyanenko bunu bilmir və bizim Qafqaz uşaqlarından danışdığımızı nəzərə almır. Burada kişilər məhz belə boya-başa çatır. Taylandda, məsələn, uaşqlar döyüşçü yolunu “Muay-tayı” 5 yaşından öyrənirlər.
Mən idmanla 9 yaşımdan məşğul olmağa başlamışam, 10 yaşımdan isə artıq yarışlarda iştirak edirəm. Bugünkü uğurlarım uşaqlıqdan çəkdiyim əməyin nəticəsidir.
Ən əsası isə “GRAND-PRIX AKHMAT 2016”-da Çeçenistanın birinci prezidenti, Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırovun nəvələri Əhməd, Əli və Adəm iştirak edirdilər.
Çeçenistan prezidentinin uşaqları rinqə çıxaraq digərlərinə nümunə olur, fiziki və mənəvi tərbiyəni nümayiş etdirdilər. Bəs Rusiyanın MMA İttifaqının prezidenti bizə nəyi nümunə göstərdi? Qınaq, əsəb və gurultulu bəyanatı?”
Qeyd edək ki, Fedor Yemelyanenkonun bəyanatından sonra, rusiyalı idmançılar və rəsmi simalar iki düşərgəyə ayrılıblar: Fedoru dəstəkləyən və onu qınayanlar. Çeçenistanın qarışıq döyüş növləri üzrə idmançıları Yemelyanenkonu “xoruz” adlandırıblar.
Mənbə:> Sportbox.az