Yoxa çıxan spreyin ixtiraçısı FİFA-dan 35 mln dollar pul tələb edir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Yoxa çıxan spreyin ixtiraçısı FİFA-dan 35 mln dollar pul tələb edir

Yoxa çıxan spreyin ixtiraçısı FİFA-dan 35 mln dollar pul tələb edir


Futbol hakimləri üçün yoxa çıxan spreyi yaradan braziliyalı Qeyne Alemanye onun ixtirasından istifadə etdikləri üçün FİFA-dan 35 milyon dollar tələb edir.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə O Globo məlumat yayır.

“FİFA-da özlərini elə aparırlar ki, sanki məni tanımırlar, guya mən heç kimə heç nə deməmişəm. Mənim məktubumdan aydındır ki, patent mövcuddur. FİFA-da özlərini elə aparır ki, sanki bunun onlara heç bir aidiyyatı yoxdur və soyğunçuluqla məşğul olmağa davam edirlər”, - Alemanye bildirib.

Alemanyenin sözlərinə əsasən, o, sadəcə ədalətin bərpa olunmağını istəyir.

“Mənim növbəti addımım ixtiramdan istifadəyə qadağa qoymağa nail olmaqdır, bunun üçün mən hakimi inandırmalıyam,” – deyə Alemanya qeyd edib.

Xatırladaq ki, braziliyalı 2010-cu ildə ixtirasına görə patent alıb.

Yoxa çıxan sprey hakimlər tərəfindən futbol yarışları zamanı istifadə olunur. Ağ maddə bir dəqiqə ərzində yoxa çıxır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *