FİFA Qətərlə bağlı açıqlama yaydı
FİFA 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının taleyinə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, qurumun yaydığı rəsmi məlumatda 2022-ci ildə keçiriləcək dünya çempionatına Qətərin ev sahibliyi edəcəyi bir daha qəti şəkildə təsdiqlənib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə Qətər dövləti arasındakı diplomatik münasibətlər pozulub. “Körfəz böhranı” səbəbindən Qətər hazırda blokada şəraitindədir.
Mənbə:> Oxu.Az