FİFA dünya çempionatlarında Avropa ölkələrinin sayını artıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

FİFA dünya çempionatlarında Avropa ölkələrinin sayını artıracaq

FİFA dünya çempionatlarında Avropa ölkələrinin sayını artıracaq


Beynəlxalq futbol federasiyası (FİFA) futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatında Avropa ölkələrinin sayını artıracaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə martın 30-da qurumun rəsmi saytında məlumat verilir.

Qərar Sürixdə təşkilatın prezidenti və altı konfederasiya rəhbərinin daxil olduğu FİFA Şurasının iclasında qəbul edilib.

Toplantıda ilk dəfə 48 yığmanın iştirak edəcəyi 2026-cı il dünya çempionatına yerləri bölüşdürüblər.

FİFA “DÇ-2026”da yerləri belə bölüşdürməyi təklif edir: Avropa Futbol Assosiyasiyaları İttifaqı (UEFA) - 16, Afrika Futbol Konfederasiyası (CAF) - 9, Asiya Futbol Konfederasiyası (AFC) - 8, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) - 6, Şimali və Mərkəzi Amerika və Karib dənizi hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası (KONKAKAF) - 6, Okeaniya Futbol Konfederasiyası (OFK) - 1.

Daha iki vəsiqə isə altı komanda arasında play-off mərhələsində oynanılacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *