Azərbaycan futbol üzrə dünya çempionatı keçirmək istəyir
Azərbaycanda növbəti dünya çempionatı keçirilə bilər.
Oxu.Az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino bildirib.
DÇ-2030 üçün Uruqvayın namizədliyinə münasibətini bildirən İnfantino qeyd edib ki, ilk növbədə 2026-cı ildə keçiriləcək yarış haqqında düşünmək lazımdır.
O qeyd edib ki, namizədlər artıq məlumdur.
Belə ki, onların sırasında Azərbaycan və Türkiyənin birgə müraciəti də yer alır. Mundialı Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, müştərək olaraq Avstraliya və Yeni Zellandiya da keçirmək istəyir.
Amma hazırda bu ölkələrin hamısı rəsmi müraciət göndərməyiblər.
Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək. Azərbaycan Avro-2020-nin final mərhələsinin dörd matçını qəbul edəcək.
Mənbə:> Oxu.Az