“Qəbələ” ilk oyunda “İnter”i məğlub edib – VİDEO
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.
Oxu.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında paytaxt təmsilçisi “İnter” “Qəbələ” klubunu qəbul edib.
Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 15-ci dəqiqədə Daniel Subotiç açıb. Xorvatiyalı penalti zərbəsini dəqiq yerinə yetirib.
Meydan sahibləri bu qoldan üç dəqiqə sonra bərabərliyi bərpa ediblər. Adrian Skarlatake adını tabloya yazdırıb.
Qəbələ təmsilçisi 48-ci dəqiqədə yenidən hesabda önə keçib. Subotiç dubla imza atıb. Görüşdə son nöqtəni isə 88-ci dəqiqədə Filip Ozobiç qoyub.
Bu komandalar arasında cavab oyunu aprelin 5-də Qəbələdə keçiriləcək.
Mənbə:> Oxu.Az