Yoahim Löv: Bu gün istədiyim oyunu tam görmədim » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Yoahim Löv: Bu gün istədiyim oyunu tam görmədim

Yoahim Löv: Bu gün istədiyim oyunu tam görmədim


“Oyundan razı qaldım. Amma komandadan daha yaxşı oyun gözləyirdim”.

AzNews.info Apasport.az saytına istinadla xəbər verir ki, bu sözlər Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə məxsusdur.

DÇ-2018-in seçmə mərhələsində millimizin qonağı olan Bundestim asan qalib gələrək (4:1) yoluna itkisiz davam edib.

Oyundan sonra keçirilən mətbuat konfransında Lövün qələbə şərhi belə olub:

“Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim. Onu da deyim ki, 5 və 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüm. Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Biz buna hazır idik. Azərbaycan yığmasının bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib”.

Andre Şürrlenin çıxışını şərh edən məşqçi deyib:

“Şürrle “Borussiya”da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. 2 qol vurdu və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudur”.

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *