Məşhur futbolçu karyerasını başa vurdu
Almaniya millisi və "Stuttgart"ın sabiq futbolçusu Kevin Kuranyi karyerasını başa vurub.
AzNews.info goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı forvard futboldan kənar işlərlə məşğul olacağını bildirib. Kuranyi "Stuttgart", "Schalke", "Dinamo Moskva" və "Hoffenheim" kimi klubların şərəfini qoruyub. O, bir neçə il Bundestimin də formasını geyinib. 2008-ci il 11 oktyabrda Rusiya ilə matçın əsas heyətinə düşməyən futbolçu millinin düşərgəsini özbaşına tərk etmişdi. Bundan sonra Yoahim Löv bir daha onu Almaniya millisinə çağırmamışdı.
Mənbə:> Goal.az