KİV: Prosineçki Azərbaycan millisini tərk edir
Azərbaycan milli yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” klubunu çalışdıracaq.
AzNews.info-nun Virtualaz.org-a istinadən xəbərinə görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, klub rəhbərliyi ilə məşqçi arasında görüş bu gün Bakıda baş tutub.
Tərəflər 1+1,5 il sxemi üzrə müqavilə barədə razılaşıblar. Gözlənilir ki, yaxın günlərdə Prosineçki Bursaya yollanacaq və müqavilə imzalayacaq.
Xatırladaq ki, xorvatiyalı futbol mütəxəssisinin Azərbaycan millisi ilə müqaviləsi 2018-ci ildə başa çatır.
Mənbə:> Virtualaz.org