Prosineçki: “Yuventus” 94 milyon avroya piyli donuz alıb – FOTO
Futbol üzrə Azərbaycan milli yığmasının baş məşqçisi Robert Prosineçki qalmaqallı açıqlama verib.
Oxu.Az xəbər verir ki, baş məşqçi argentinalı futbolçu Qonsalo İquaini sərt tənqid edib.
“Mən İquaini mövsümün əvvəlində görəndə şoka düşdüm. Hətta mən onun qədər kök deyiləm. “Yuventus” klubu İquainə görə 94 milyon avro pul ödəyib, əvəzində isə piyli donuz alıb. Alleqrinin qəzəbini təsəvvür edə bilərəm”, - Prosineçki deyib.
Qeyd edək ki, yay transfer pəncərəsində “Yuventus” klubu İquaini “Napoli”dən 94 milyon avroya alıb. Lakin “Yuventus”un heyətində ilk dəfə “Vest Hem” klubuna qarşı meydana çıxan İquain çəkisinin artıq olması səbəbindən yaxşı oyun göstərə bilməyib və tənqidlərlə üzləşib.
Mənbə:> Oxu.Az