BOK Rusiyaya qarşı sanksiyaları uzadıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya beynəlxalq idman tədbirlərinin keçirilməsi ilə bağlı sanksiyanı uzadıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, sənədə əsasən BOK Rusiyada hər hansı idman tədbirləri və görüşlərinə dəstək verməyəcək.
Təşkilat həmçinin qış idman növləri üzrə beynəlxalq federasiyaları Rusiya ərazisində yarışlara hazırlığı donduraraq alternativ məkan axtarmağa çağırıb.
Sanksiyalar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iyulun 19-da Ümumdünya antidopinq agentliyi (WADA) komissiyasında Riçard Maklarenin Rusiya idmançılarının Soçi Olimpiadasında dopinq qaydalarını pozduğuna dair məruzəsindən sonra tətbiq edilib.
Riçard Maklarenin Rusiya idmanında dopinq problemi ilə bağlı məruzəsinin ikinci hissəsi dekabrın 9-da təqdim ediləcək.
Mənbə:> APA