Kamran Ağayev: "Yaxşı oyundansa nəticə vacib idi" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Kamran Ağayev: "Yaxşı oyundansa nəticə vacib idi"

Kamran Ağayev: "Yaxşı oyundansa nəticə vacib idi"


"Hesab edirəm ki, bir az ağır oyun oldu. Qarşılaşma nəticə verməkdən ötrü bizi belə oynamağa məcbur etdi. Ancaq düşünürəm ki, bizə yaxşı oynamaqdansa nəticə vacib idi. Bunu da əldə etdik. Gələcəkdə həm yaxşı oynayar, həm də nəticələr qazanarıq".

Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev 2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveç yığmasına 1:0 hesabı ilə qalib gəldikləri ev matçından sonra jurnalistlərə bildirib. O qeyd edib ki, hesabda irəli olan komandanın oyunda tələsməməyi normal haldır: "Elə hallar olur ki, oyun səni tələsməməyə məcbur edir. Baş məşqçi maket üzərində taktikanı göstərir. Ancaq sən futbolçusan və meydançadan, taktikadan çıxmaq şərtilə öz fantaziyanı həyata keçirə bilərsən. Nəticə bizi ona məcbur edirdi ki, tələsməyək. Bundan əlavə, top ayağımdan qaçırdı, vururdum qırağa".

Ağayev Bakı Olimpiya Stadionunun meydançasının vəziyyətinin mübarizəyə mənfi təsir etdiyini bildirib: "Top əlimdən çıxmırdı. Sadəcə, meydança amilini nəzərə almaq lazımdır. Qazon sürüşkən deyildi. Elə bir halda idi ki, ayaq üstə durmaq, topu vurmaq çətin idi. Ona hirsləndim. 90 dəqiqədə adam fərqli olur. Mən də tam fərqli oluram. Qazon çox yumşaq idi. Hər epizodda ot ayağının altında qaçırdı. Palçıq, bərbad deyildi, səməni halında idi. Oyundan qabaq məşq etmədik ki, daha da bərbad hala düşməsin. Amma yaxşı ki, lap bərbad halda deyildi".

Təcrübəli qolkiper ilk hissədə əlcəklərini yaş olduğuna görə dəyişdiyini söyləyib: "Əlcəyim palçıq oldu. Təmizlədim, qopdu. Artıq əlimdə saxlaya bilmirdim və ona görə dəyişməli oldum. Ümumiyyətlə, meydançada iş 11 nəfərin üstünə düşür. Hər kəs öz payına götürməlidir. Sadəcə, vuruşmaq lazım idi ki, onu da həyata keçirdik. Əlbəttə, belə oyunlarda qapıçıya iş çox düşür. Nəticə əldə etməkdən ötür gərək meydana işləyəsən. Harada oynamağımızdan asılı olaraq əsas odur ki, xalqın qabağında oynayaq, xalqa biz dəstək olsun".

Millimizi qarşıda Çexiya yığması ilə səfərdə çətin sınaq gözləyir. Əsas qapıçısı həmin görüşdə də komandamızdan meydanda mübariz oyun gözləyir: "Kimin əsas heyətdə çıxacağı bilmirik. Əlbəttə, asan oyun olmayacaq. Hər bir iş çətin olur. San Marino yığması ilə də səfər matçı çətin oldu. Nəticə ədə etmək üçün yenə vuruşmaq lazımdır. Bütün Azərbaycan xalqı bizə dəstək olsa, yaxşıdır. Bir-birimizə dayaq olmalıyıq. Ən əsası, meydana çıxan fubolçu özünə güvənməli, inamlı olmalıdır, vuruşmalıdır və nəticəni istəməlidir".

Ağayev cari mövsümdə çıxış etdiyi Portuqaliyanın "Boavişta" klubu haqda danışmaq istəməyib: "Hazırda millinin heyətindəyəm. Kluba sağ-salamat qayıdım, bundan sonra onun haqda danışaram. Millinin Norveçlə oyununa köklənmişdik. Bu üzdən klubdakı son vəziyyət, keçirilən yoxlama oyunundakı nəticə haqda məlumatım yoxdur".

Mənbə: Sportnet.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *