“Qəbələ” tarix yazdı – VİDEO
Futbol üzrə Avropa Liqasında play-off mərhələsinin cavab oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qəbələ” klubu səfərdə Sloveniyanın “Maribor” komandasına minimal hesabla uduzub - 1:0.
“Lyusdki Vrt” stadionunda keçirilən qarşılaşmada yeganə qolu 65-ci dəqiqədə Tavares vurub.
Qeyd edək ki, matçın 69-cu dəqiqəsində “Qəbələ”nin heyətində Teo Uiks qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
İki oyunun nəticəsinə görə (3:2), Azərbaycan klubu Avropa Liqasının qrup mərhələsinə adlayıb.
Bundan əlavə, “Qəbələ” ardıcıl ikinci dəfə 4 mərhələ adlamaqla Avroliqanın qrup mərhələsinə keçən klub kimi tarixə düşüb.
Mənbə:> Oxu.Az