“Qəbələ” Avroliqanın bir addımlığında – VİDEO
Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qəbələ” klubu “Dalğa Arena” stadionunda Sloveniyanın “Maribor” komandasını qəbul edib.
Qarşılaşma Roman Qriqorçukun yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
17-ci dəqiqədə Tavares qonaqları hesabda irəli çıxarıb.
“Qəbələ”nin heyətində Sergey Zenyov 37-ci dəqiqədə oyunda tarazlıq yaradıb.
İkinci hissədə isə Baqali Dabo iki dəqiqəyə (50 və 52-ci dəqiqələrdə) iki qol vuraraq Azərbaycan klubuna qələbə qazandırıb.
Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra, avqustun 25-də, keçirələcək.
Mənbə:> Oxu.Az