Rio-2016: Cüdo yığmamız Olimpiadanı 2 medalla başa vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Rio-2016: Cüdo yığmamız Olimpiadanı 2 medalla başa vurdu – YENİLƏNİB

Rio-2016: Cüdo yığmamız Olimpiadanı 2 medalla başa vurdu


Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri 1/8 final görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız yaponiyalı Hisayoşi Haraşavaya ipponla uduzub.

Bununla da Kokauri və Azərbaycan cüdo yığması olimpiadada çıxışını başa vurub.

Qeyd edək ki, yığma üzvlərindən Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıb.

17:41

Azərbaycan cüdoçusu Uşanqi Kokauri 100 kq-dan artıq çəki kateqoriyasında Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1/8 finala çıxıb.

Oxu.Az-ın məlumatına görə, həmyerlimiz 1/16 finalda latviyalı idmançı Arturs Nikiforenko üzərində qələbə qazanıb.

Onun 1/8 finaldakı rəqibi yapon cüdoçu Hisoyoşi Harasava olacaq.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiyadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiyadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiyadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiyadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *