Elmar Qasımov da finalda uduzdu: 2-ci gümüşümüz gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Elmar Qasımov da finalda uduzdu: 2-ci gümüşümüz gəldi

Elmar Qasımov da finalda uduzdu: 2-ci gümüşümüz gəldi


Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Elmar Qasımov da mötəbər turnirə start verib.

100 kq çəki dərəcəsində çıxış edəcək təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olub. Elmar Olimpiya çempionuna heç bir şans verməyib. O, rəqibinə vazari və yuka xalları ilə qalib gəlib. Rusiya şidoda da "üstün" olub.

Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gəlib. Görüşdə hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az olması (1:2) ona qələbə gətirib.

Təmsilçimiz 1/4 finala yüksəlib. Onayarımfinala çıxmaq üçün misirli idmançı Dərviş Ramazandan üstün olmağa cəmi 54 saniyə bəs edib. İpponla qələbə qazanan Elmar finalın biraddımlığındadır.

Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olub. Elmar bu rəqibini də ipponla mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Bununla da o, Azərbaycan yığmasının Olimpiadada ikinci medalını qazanmasını təmin edib.

İdmançımız finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparıb. Qasımov gərgin keçən mübarizədə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *