“Kəpəz” Avroliqa ilə vidalaşdı – VİDEO
Gəncənin “Kəpəz” klubu Avropa Liqasında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, Şahin Diniyevin yetirmələri bu gün turnirin II təsnifat mərhələsinin cavab oyununda Bakıda Avstriyanın “Admira” komandası qəbul edib və 2:0 hesabı ilə uduzub.
“Admira”nın heyətində Kristof Knasmüllner və Patrik Şmidt müvafiq olaraq 17 və 76-cı dəqiqələrdə fərqləniblər.
Bu komandalar arasında Avstriyada keçirilən ilk matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı.
Beləliklə, “Kəpəz” Avropa Liqasında mübarizəni dayandıraraq, turnirlə vidalaşıb.
Mənbə:> Oxu.Az