Portuqaliya “Avro-2016”-nın finalında – VİDEO
Fransada keçirilən futbol üzrə Avropa çempionatının ilk yarımfinal oyununda Portuqaliya yığması Uels komandası ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Lyon şəhərinin “Stad de Lümer” stadionunda keçirilən matç Pireney təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 50-ci dəqiqədə “Real” klubunun hücumçusu Ktiştiano Ronaldo açıb.
Üç dəqiqə sonra Nani portuqaliyalıların üstünlüyünü iki topa çatdıraraq oyunda son nöqtəni qoyub.
“Avro-2016”-nın finalında Fernandu Santuşun yetirmələri iyulun 7-də keçiriləcək Fransa-Almaniya matçının qalibi ilə qarşılaşacaq.
Mənbə:> Oxu.Az