Uels yığması “Avro-2016”-nın yarımfinalında » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Uels yığması “Avro-2016”-nın yarımfinalında – VİDEO

Uels yığması “Avro-2016”-nın yarımfinalında


Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsinin növbəti qarşılaşması keçirilib.

Oxu.Az xəbər verir ki, Lillin “Pyer Morua” stadionunda Uels və Belçika komandaları üz-üzə gəliblər.

Matç Britaniya təmsilçilərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 13-dəqiqədə belçikalılar açıblar. Raca Naynqolan fərqlənib. 31-ci dəqiqədə Uels yığmasının kapitanı Eşli Uilyams oyunda tarazlığı bərpa edib. İlk hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın 55-ci dəqiqəsində Xal Robson-Kanu Uels komandasını hesabda irəli çıxarıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Sem Vouks qoyub.

Avropa çempionatının yarımfinal mərhələsində Uels yığması Portuqaliya komandası ilə qarşılaşacaq.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *