Yığmalarımız üçün Belçika və Uels
Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq U-17 (qızlar) və U-19 (qızlar) yığmaların oyunlarının keçiriləcəyi ölkələr məlum olub.
ANS PRESS-in məlumatına görə, Belçika, Çexiya və Gürcüstan komandaları ilə eyni qrupda mübarizə aparacaq U-17-nin oyunları Belçikada keçiriləcək. Bu qrupun oyunları 29 sentyabr - 4 oktyabr tarixlərində təşkil olunacaq.
Belçika, Uels və Xorvatiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq U-19-un oyunları isə Uelsdə keçiriləcək.
U-19-un oyunları 15-20 sentyabr tarixlərində təşkil olunacaq.
Mənbə:> ANSPRESS