Avropa çempionatının ilk yarımfinalçısı məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Avropa çempionatının ilk yarımfinalçısı məlum oldu – VİDEO

Avropa çempionatının ilk yarımfinalçısı məlum oldu


Fransada keçirilən futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı məlum olub.

Oxu.Az xəbər verir ki, Marselin “Velodrom” stadionunda Portuqaliya yığması Polşa millisi ilə qarşılaşb.

Hesabı 2-ci dəqiqədə Robert Levandovski açıb. Pireney təmsilçiləri Renato Sançezin 33-cü dəqiqədə vurduğu qol ilə oyunda bərabərlik yaradıblar.

Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Oyunun əlavə olunmuş dəqiqələrində hesab dəyişməyib və hakim 11 metrlik cərimə zərbələri seriyası təyin edib.

Penalti seriyasında daha dəqiq olan Portuqaliya yığması (5:3) adını yarımfinala yazdırıb.

Yarımfinal mərhələsində Kriştiano Ronaldonun komandası Uels-Belçika cütlüyünün qalibi ilə qarşılaşacaq.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *