İngiltərə Rusiyanı məğlub edə bilmədi
Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların ikinci qarşılaşması keçirilib.
APA-nın məlumatına görə, oyun gününün son görüşündə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkib. Marselin “Velodrom” stadionunda keçirilən gərgin oyun 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Matçın 73-cü dəqiqəsində Eric Dayer cərimə zərbəsindən vurduğu qolla hesabı aça bilib. Lakin, Denis Qluşakov oyunun 90+2-ci dəqiqəsində cavab qolu ilə hesabı bərabərləşdirməyə nail olub.
Qeyd edək ki, B qrupunun ilk qarşılaşmasında Uels Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.
Rusiya millisi iyunun 15-də keçiriləcək növbəti matçda Slovakiya ilə, İngiltərə yığması isə həmin gün Uels komandası ilə görüşəcək.
Avropa çempionatı
Qrup mərhələsi
11 iyun
B qrupu
İngiltərə - Rusiya - 1:1
Qol: Erik Dayer, 73 - Denis Qluşakov, 90+2
Baş hakim: Nikola Ritsoli
Marsel. “Velodrom” stadionu
Mənbə:> APA