AÇ-2016: İslandiyaya məğlubiyyət istefaya səbəb oldu
AÇ-2016-nın 1/8 final mərhələsində sürpriz bir şəkildə İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis özünü uğursuzluğun günahkarı hesab edib və bundan sonra millidə çalışmayacağını deyib.
“Futbol nəticəyə bağlı oyundu. Müqaviləm çempionatdan sonra başa çatırdı. Gənc və iştahlı olan bu komandanın qabağını açmaq lazımdı. Ümid edirəm ki, İngiltərə gələcək turnirlərdə uğurlu olar. Biz bunu bacara bilmədik” – deyə Hocson son kəs fikirlərini bölüşüb.
Mənbə:> Apasport