Almaniya Slovakiyanı məğlub etdi – VİDEO
Bu gün Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin ikinci qarşılaşması oynanılıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, Almaniya və Slovakiya arasında baş tutan görüş birincinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 8-ci dəqiqədə Jerom Boatenqin dəqiq zərbəsindən sonra açılıb. 43-cü dəqiqədə almanların üstünlüyü iki topa çatıb: Mario Qomez adını tabloya yazdırıb. Oyunda son nöqtəni 63-cü dəqiqədə Culian Draksler qoyub.
Almaniya bu qələbə sayəsində ¼ finala vəsiqə qazanıb və bu mərhələdə İtaliya-İspaniya cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə:> Report