Kasparov: Aroyanı Təbrizə Qarabağdakı hadisələrə görə buraxmadılar
Təbrizin “Traktor Sazi” klubunun sabiq qolkiperi, erməni Qevorq Kasparov, azarkeşlərin təzyiqi ilə onun sabiq komandasının son anda həmvətəni Varazdat Aroyan ilə müqavilə bağlamaqdan imtina etməsi faktını şərh edib.
Oxu.Az armsport.am-a istinadən xəbər verir ki, Kasparov Ermənistan yığmasının və “Pyunik” klubunun 24 yaşlı müdafiəçisindən etiraz etmə qərarına Qarabağda aprel ayında baş verən hadisələrin təsir etdiyini ehtimal edir.
O qeyd edib ki, klubda çıxış etdiyi 2008/09-cu illərdə belə yanaşma yox idi.
“Əlbəttə, hamı bilirdi ki, mən erməniyəm. Yerli azarkeşlər həmişə məni yaxşı qarşılayırdılar. Ola bilər ki, azarkeşlərin indiki reaksiyası Qarabağda aprel ayında baş verən hadisələr ilə əlaqədardır. Bu, siyasi qərardır. Təbrizdə hər zaman gərginlik olub. Yerli erməni icmasının sıxışdırıldığı zaman da olub, amma Tehran münaqişəni yatırmaq üçün hər şey edirdi.
Mən “Traktor Sazi”nin mətbuat katibi ilə əlaqə saxlayıram. Səhər o mənə zəng elədi və dedi ki, azarkeşlər Aroyanın keçid xəbərinə pis reaksiya verdilər. Nəticədə klubun prezidenti təzyiqə dözməyib. Bundan sonra artıq müqavilədən imtian ediləcəyini gözləmək olardı, belə ki, orada tam fərqli mədəniyyət mövcuddur. Əgər azarkeşlər istəsələr, məşqçini və hətta klub prezidentini də tutduğu vəzifədən çıxara bilərlər.
O qeyd edib ki, məşçi və rəhbərlik Aroyanın fəaliyyətini izləyirdilər və onun klubda olmasını istəyirdilər, amma azarkeşlərin bu reaksiyasını gözləmirdilər.
Xatrladaq ki, Aroyan ilə 2 illik müqavilə imzalamaq planlaşdırılırdı, amma “Traktor Sazi”nin çoxsaylı azərbaycanlı və türk azarkeşlərinin narazılığından sonra bu transferdən imtina etmək qərara alınıb. Yekunda klub “müdafiən möhkəmləndirmək üçün başqa bir üsulun tapılacağına” dair rəsmi bəyanatla çıxış edib”, - Q.Kasparov bildirib.
Mənbə:> Oxu.Az