Teymuryan azərbaycanlıların "torbasını tikdiyini" etiraf etdi
Təbriz "Traktor Sazi"sinin yarımmüdafiəçisi Adranik Teymuryan islam ölkəsi yığmasının formasını geyindiyi üçün qürür hissi keçirdiyini bildirib.
Bu haqda o İngiltərə mətbuatına açıqlama verib. İran yığması tarixinə ilk xristian kapitan kimi düşən "Bolton"un sabiq futbolçusu bu ölkədə ermənilərin nüfuzunun artması üçün əlindən gələni edəcəyini dilə gətirib.
"Sevinirəm ki, xristian ola-ola müsəlman ölkəsinin yığmasının şərəfini qoruyuram. Erməni köklərim var, ancaq İran pasportuna sahibəm. Bununla fəxr edirəm və ümidvaram ki, İranda ermənilər haqda gözəl imic formalaşdıracam".
Teymuryan bilmədən paxırının üstünü açıb. İran çempionatının son turunda qalib gələcəyi təqdirdə tarixində ilk dəfə çempionluğu bayram edəcək "Traktor Sazi" "Neft Tehran"la görüşdə 3:1 öndə olsa da, Teymuryanın qırmızı vərəqə alması hər şeyi alt-üst edib. Azərbaycan klubu bundan sonra qapısında 2 top görüb və bu itkidən maksimum yararlanan "Sepahan" "Traxtor"un çempionluq arzusunu gözündə qoyub.
Nəzərə alsaq ki, farslar Azərbaycan klubunun İran çempionu olmasını istəmirdilər, Teymuryanın verdiyi açıqlamanın səmimiliyinə şübhə yeri qalmır. "İranda ermənilər haqda gözəl imic formalaşdıracam", deyən Teymuryan bu yöndə əməli addım atıb - Azərbaycan klubunu çempionluqdan məhrum edən qırmızı vərəqəni almaqla.
Mənbə:> ANSPRESS